Azərbaycanlı müğənni terrordan əziyyət çəkənlərə bu qədər yardım etdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident zamanı əziyyət çəkənlərə maddi yardım edib.

Metbuat.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi Rusiya Qırmızı Xaç Cəmiyyətinə 1 milyon rubl (18451manat) ianə edib. Bu haqda ifaçı sosial şəbəkə hesabında bölüşüb.

Navai izləyicilərini də yardım etməyə çağırıb.

Qeyd edək ki, iş adamı Araz Ağalarova aid olan mərkəzdə törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 107 nəfər xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR