"Real" Mbappenin arzusunun üstündən xətt çəkdi

“Real Madrid” Kilian Mbappeni mövsümün sonunda heyətinə qatandan sonra onun Olimpiadada oynamasına razılıq verməyəcək.

Metbuat.az xəbər verir ki, “Real” futbolçunun müqavilə imzaladıqdan dərhal sonra komandanı tərk etməsini istəmir.

Qeyd edək ki, Kilian Mbappe müsahibəsində Olimpiadada oynamaq istədiyini bildirmişdi. "Hər zaman Olimpiadada oynamaq istəmişəm və bu arzum dəyişməyib. Olimpiadada oynasam, ən böyük arzularımdan biri gerçəkləşəcək. Əgər mənə icazə verilməsə, nə deyirlərsə, edəcəm. Qərar hələ bir nəfərin əlindədir və o, mənə hə, yox deyə bilər” - Mbappe bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR