Bakıda keçmiş məhkum quldurluğa görə tutuldu

Martın 22-də axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində bir nəfərin qoluna kəsici alətlə xəsarət yetirən şəxsin onun içərisində mobil telefonu və sənədləri olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Akif Şıxəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR