100 milyonu rədd edib "Real"ın ucuz təklifini qəbul etdilər

Transfer səylərini davam etdirən "Real Madrid" "Lill"də çıxış edən Leni Yoro üçün təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, “Real” Leni Yoro üçün 60 milyon avro təklif edib. İddialara görə, “Lill” “Real”ın təklifinə qəbul edəcək. “As” qəzetinin məlumatına görə, “Lill” bundan əvvəl PSJ-nin 100 milyon avroluq təklifini rədd edib. Bildirilir ki, “Lill” futbolçunu Fransa klublarına satmaq istəmədiyi üçün təklifi rədd edib.

Məlumatda deyilir ki, istedadlı müdafiəçi üçün “Bavariya” da hərəkətə keçib. Lakin “Real”ın daha iddialı olduğu deyilir. Bu mövsüm "Lill"in heyətində 35 rəsmi oyuna çıxan Leni Yoro bu matçlarda 3 qola töhfə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR