​İordaniyalı tanınmış makiyaj artisti Jakob Lambaz the Globe Galada - FOTO

Fəaliyyətində zərafət və minimalizmi ön plana çıxaran iordaniyalı tanınmış makiyaj artisti Jakob Lambaz öz sahəsinin peşəkarlarındandır. Televiziya rejissorluğu və incəsənət bölümünü bitirən mütəxəssis seçdiyi peşə ilə xanımlara güc və inam mənbəyidir.

Peşəsini incəsənət kimi qəbul edən Lambaz bu mövzuda individual yanaşma tərzi və zövqü ilə seçilir.

Daim öz üzərində çalışan vizajist öz təcrübə və texnikasını bölüşmək üçün bu günə qədər 5400-dən çox tələbə üçün seminar və ustad dərsləri keçib.

Dəbdəbəli “JL Beauty” gözəllik mərkəzinin qurucusunun ən böyük arzusu öz makiyaj markasını yaratmaqdır. Qadın və kişilərin bütün gözəllik ehtiyaclarını qarşılayan “JL Beauty” Amman və Bağdadda fəaliyyət göstərir.

Gələcəklə bağlı planı JL beauty kosmetika brendini yaradıb inkişaf etdirmək və dünyada nüfuz sahibi olan bir markaya çevirmək olan Jakob Lambaz 19 Mart 2024-cü il tarixində “The Globe Gala” layihəsində ilin “The Celebrity MUA of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı