Nobel mükafatlı alimə Bakıda vəzifə verildi

Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universitetində rektorun müşaviri təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə UNEC rektoru Ədalət Muradov paylaşım edib. O bildirib ki, Muhammad Yunus UNEC rektoruna müraciət edib:

"Müraciətində professor Məhəmməd Yunus UNEC Rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi UNEC missiyasına töhfə vermək istəyini bildirir. Müraciətini nəzərə alaraq Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusu bu gün UNEC Rektorunun müşaviri təyin etdim".

Ədalət Muradov UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusa öz adından və UNEC kollektivi adından təşəkkürünü bildirib.

Qeyd edək ki, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus 1940-cı ildə anadan olub. Banqladeşli professor ilk dəfə olaraq 2016-cı ildə ölkəmizdə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı