Sabahkı hava bu şəxslər üçün əlverişsiz olacaq

Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

Qeyd edilib ki, martın 30-da Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdü fonunda səhər arabir güclənən gilavar küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR