Tovuzda 40 yaşlı kişi faciəvi şəkildə öldü

Tovuz sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Papaqçılar kəndində baş verib. İlkin məlumat görə, kənd sakini Nemət Abbasov kənd ərazisindəki transformatora yaxınlaşaraq ona müdaxilə etmək istəyib. Bu zaman cərəyan onu vuraraq öldürüb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertizasının Potoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə gətirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı