"Whatsapp"dan kontaktlarla bağlı yenilik

"WhatsApp" istifadəçiləri üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, yeni funksiya aktivləşdikdən sonra proqram istifadəçinin yeni kontaktlarını müəyyən edəcək və onlarla yeni söhbətə başlamağı istifadəçiyə təklif edəcək.

Bildirilir ki, messencerin çatlar hissəsində yeni bölmə yaradılacaq. Bu bölmədə söhbətə başlamaq üçün yeni kontaktlar göstəriləcək. Funksiyanın aktiv və ya deaktiv edilməsi isə istifadəçinin öz seçimi olacaq.

Yeni özəlliyin yaxın zamanda aktivləşəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR