Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı oldu

Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, iki ölkənin XİN rəhbərləri regional məsələlər barədə müzakirələr aparıblar.

Onlar, həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyi haqda fikir mübadiləsi ediblər.

Bundan başqa, H.Fidan Qətərin xarici işlər naziri Al Sani ilə də telefonda danışıb. Danışıq zamanı Qəzzadakı son durum və regional proseslər müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı