Azərbaycanın ilk şəhidinin məzarı tapıldı - FOTO

Azərbaycanın ilk iki şəhidindən biri Əli Hacıyevin məzarı tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkələrdə yayılıb. Tapılan həmin məzar daşının üzərində “Qarabağ hadisələrində həlak olmuşdur” sözləri yazılıb.

Qeyd edək ki, Əli Hacıyev və Bəxtiyar Quliyev 1988-ci ildə Əsgəranda Ermənistanın məkrli planlarına qarşı etiraz edərkən şəhid olublar. Həmin ildə Ermənistanın Azərbaycana qarşı torpaq iddiası başlayıb.

Belə ki, fevralın 21-də Azərbaycanın yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilib.

Belə bir məqamda Qarabağ əhalisi erməni məkrini dayandırmaq üçün səfərbər olub. Minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşıb. Fevralın 22-i səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət ediblər. Mitinqçilər sırasında olan Əli ilə Bəxtiyar da haqsızlığa qarşı həmin mübarizədə həlak olan ilk Qarabağ şəhidləridir.

Qeyd edək ki, şəhidlərin yaxınları onların Qarağacı qəbiristanlığında dəfn edildiklərini bildirsələr də, illərdir qəbirləri tapılmırdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı