​Qalmaqaldan sonra “Fənərbaxça” fəaliyyəti ilə bağlı tarixi qərarlar verdi

“Fənərbaxça” klubunun növbədənkənar ümumi yığıncağında keçirilən səsvermə nəticəsində 4 məsələ barədə qərar qəbul edilib.

Metbuat.az xəbər verir ki, səsvermə nəticəsində aşağıdakı məsələlər üzrə tam səlahiyyətlərin idarə heyətinə verilməsi qərara alınıb.

1- Uyğun tarixə təxirə salınmaması və ya xarici hakimin cəlb edilməməsi halında 2023-cü il Superkubok yarışında iştirak etməmək və ya 19 yaşadək futbolçulardan ibarət komanda ilə iştirak etmək.

2-Növbəti mövsümdən başlayaraq 2 mövsüm Türkiyə Kubokunda iştirak etməmək və ya növbəti 2 il ərzində 19 yaşadək futbolçulardan ibarət komanda ilə Türkiyə Kubokunda iştirak etmək.

3- Türkiyədəki futbol fəaliyyətimizlə bağlı veriləcək qərarlardan asılı olmayaraq, klubun xarici çempionatda oynaması üçün lazımlı yol xəritəsini təyin edib həyata keçirmək.

4- Türk futbolunun çatdığı dayanıqsız nöqtəyə görə lazımi tədbirlərin görülməsi üçün UEFA və FİFA-nın müvafiq idarə heyətinə müraciət etmək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı