“Real” “Bavariya”nın Arda ilə bağlı təklifinə cavab verdi - Detallar

İspaniya mətbuatı “Bavariya”nın Arda Güleri transfer etmək üçün “Real Madrid”ə rəsmən təklif irəli sürdüyünü yazıb.

Metbuat.az xəbər verir ki, “Real Madrid” Alman nəhənginə dərhal cavab verib.”Real” cavabında Ardanı satmaq istəmədiklərini qeyd edib. Cavabda Ardanın satış siyahısında olmadığı qeyd edilib.

Qeyd edək ki, “Gol Digital” "Real Madrid"in prezidenti Florentino Peres və klub rəhbərliyinin Arda Gülerin özünü inkişaf etdirməsi və daha çox oynaması üçün başqa kluba icarəyə verməsi ilə bağlı razılığa gəldiyi bildirilib. Məlumata görə, “Real Madrid”in Arda Güleri satmaq icazəsi olmadan icarəyə göndərməyə razıdır. “Real” Ardanı diqqətdə saxlamaq üçün onun İspaniyada icarədə oynamasını istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR