AFFA Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçi postunu təklif edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb.
Bildirilir ki, qurumun yeni rəhbərliyi rusiyalı mütəxəssislə rəsmi danışıq aparmağa hazırlaşır. 60 yaşlı çalışdırıcı bu posta əsas namizəd hesab olunur.