Dünyanın ən yaşlı kişisi öldü - FOTO

Dünyanın ən yaşlı kişisi hesab edilən 114 yaşlı Xuan Visente Peres Mora vəfat edib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, o, 114 il 339 gün yaşayıb. Onun ölüm səbəbi ilə tənəffüs yollarında yaranan ağırlaşma olub. Venesuela prezidenti Nikolas Maduro onun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Xuan Visente Peres Mora 1909-cu ildə Venesuelada doğulub. O, on uşaqlı ailənin doqquzuncusu olub, özünün isə 11 övladı var. Pere Mora 2022-ci ildə - 112 yaşı olarkən "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı