Müharibədə həlledici an - Müdafiə xətti çökür

Ukrayna müdafiəsinin ön xətti çökmək riski ilə qarşı-qarşıya qalıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Ukrayna ordusunun adı açıqlanmayan iki yüksək rütbəli rəsmisinə istinadən verilən məlumatda qeyd edilir ki, cəbhədə Ukraynanın üzləşdiyi hərbi mənzərə yaxşı deyil və Rusiya generalları qarşıdan gələn hücum əməliyyatları zamanı diqqəti hansı istiqamətə yönəltsələr, uğur əldə edə bilərlər.

Əlavə olunub ki, sayca üstün hərbi qüvvələri və həftələrdir Ukrayna mövqelərinə endirdiyi idarə olunan aviabombalar sayəsində Rusiya ön xəttin bir neçə hissəsini əzə bilər.

Digər rəsmi isə Ukraynanın ehtiyac duyduğu silah sistemlərini vaxtında ala bilmədiyini, bu silahların onlara ehtiyac duyulmadığı zaman tədarük edildiyini qeyd edib:

“Pilot hazırlığı başa çatdıqdan sonra onlarla F-16 qırıcısının bu yay istifadəyə veriləcəyi gözlənilir. Hər silahın öz vaxtı var. F-16-lara 2023-cü ildə ehtiyac var idi, onlar 2024-cü il üçün uyğun olmayacaqlar”.

Ukrayna rəsmiləri Kiyevin indi raketlərə, haubitsalara, 4 milyon mərmiyə, 2 milyon drona ehtiyac duyduğunu bildiriblər:

“Biz hər zaman Qərbdəki tərəfdaşlarımıza bildirmişik ki, bizim döyüş təcrübəmiz var, döyüş meydanını anlayırıq. Onların isə resursları var və bizə ehtiyac duyduqlarımızı verməlidirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı