Arda "Real" rəhbərliyinin təklifinə qarşı çıxdı - Karyerası ilə bağlı yekun qərarını verdi

“Real Madrid”in futbolçusu Arda Güler karyerası ilə bağlı qərarını verib.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyinin icarə təklifinə baxmayaraq o, başqa komandaya getmək istəmir. İspaniya mətbuatında yer alan xəbərə görə, Arda Güler “Real Madrid” rəhbərliyinə gələn mövsüm komandada qalmaq istədiyini bildirib. O, bunun ən yaxşı seçim olduğunu ifadə edərək, icarə verilməsi və ya satılması məsələsinə son qoyub. Məlumata görə, Arda fiziki baxımdan güclü olmaq üçün xüsusi məşqlər edir və onun bu məşqlər sayəsində xeyli qüvvə yığdığı bildirilir.

Qeyd edək ki, Arda Güler “Real Madrid”in heyətində 1-i ilk 11-də olmaqla cəmi 7 matçda iştirak edə bilib. Futbolçu bu görüşlərdə 1 qol vurub.

Bahadur Seyidov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı