Yaz yorğunluğunun səbəbləri və xilas yolları

Havaların istiləşməsi, təbiətin oyanışı əhvalımızı yaxşılaşdırsa da, bəzi insanlarda narahatlıq yaradır. Martın əvvəlindən başlayan yorğunluq, halsızlıq, yuxusuzluq kimi əlamətlərdən əksər insanlar şikayət edir.

Metbuat.az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu həmin sindromun müxtəlif səbəblərdən yarandığını deyib: “Yaz yorğunluğu bəzən anemiya, qanda dəmir, fol turşusu, D, B12 vitamin miqdarının aşağı olması, minerallardan maqnezium, kalsium, natrium və kaliumun azlığı fonunda yaranır, bəzən gündəlik həyat tərzi ilə əlaqədar olur”.

Statistikaya görə, dünya əhalisinin təxminən 2,6 faizi yorğunluqdan əziyyət çəkir. Əmək qabiliyyətli əhalinin isə təqribən 15 faizi xroniki yorğundur. Bu, bəzən yüngül yorğunluq və gücsüzlük kimi özünü göstərir. Belə olan halda həkimə müraciət edilməsi mütləqdir.

“Xroniki yorğunluq sindromu zamanı sadə bir reseptdən istifadə etməklə vəziyyəti aradan qaldırmaq olar. Keçibuynuzu bəkməzi və küncüt yağı qarışdırılmalı, hər səhər yeməkdən əvvəl bir xörək qaşığı qəbul edilməlidir. Uşaqlar yarım çay qaşığı çiçək tozunu ağıza qoyaraq sovurmalıdırlar. Böyüklər bir çay qaşığı çiçək tozunu ilıq suda həll edərək qəbul edə bilərlər”, - deyə həkim-fitoterapevt bildirib.

Yorğunluqdan xilas olmağın digər yolu meyvə-tərəvəz və maye qəbul edilməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı