Mbappe transferi ilə bağlı "Real" qarşısında yeni tələb irəli sürdü

PSJ-dən ayrılmağa qərar verən Kilian Mbappenin AVRO-2024-də heç bir təzyiq olmadan oynamaq istədiyi, bu səbəbdən onun “Real Madrid”ə keçidinin turnirdən əvvəl açıqlanacağı bildirilib.

Metbuat.az xəbər verir ki, Mbappe bu barədə tələbini “Real”a bildirib. “Marca” qəzetinin məlumatına görə, bununla bağlı İspan nəhəngi ulduz futbolçu ilə anlaşıb. Xəbərdə "Real Madrid"in Kilian Mbappenin komandası ilə transferin rəsmi şəkildə açıqlanması üçün anlaşdığı və bütün təşəbbüsün ulduz futbolçuya aid olduğu qeyd edilib.

Qeyd edək ki, Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR