Azərbaycanla Rusiya arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “X”dəki hesabında yazıb.
“Bu gün Rusiya Federasiyasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovla görüşdük. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə olundu”, - nazir qeyd edib.