Nərimanov rayonu Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Çingiz Səbuhi oğlu Quliyev vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə məktəbdən bildirilib.
"Məktəbin 2B ev təhsili şagirdi Quliyev Çingiz Səbuhi oğlu 27 Mart 2024-cü il tarixindən başlayan xəstəlik nəticəsində aprelin 1-dən 2-nə keçən gecə Mərkəzi Klinikada rəhmətə gedib. Şagird yüksək temperaturla 27 mart tarixində xəstəxanaya yerləşdirilmişdi. Aşağı ətrafların serebral iflici diaqnozu ilə ev təhsili olan şagirdimiz çox fərqli riyazi qabiliyyətə malik idi. 8 yaşında həyatla vidalaşan övladımıza Allahdan rəhmət, ailəsinə səbr arzu edirik", - açıqlamada deyilir.