Nicat Abasov Fransa şahmatçısı ilə heç-heçə etdi

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 28 yaşlı qrossmeyster IV turda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Abasov rəqibi ilə heç-heçə edib - 0,5:0,5.

O, hazırda 1,5 xalla 4-8-ci yerləri bölüşdürür. Rusiyalı Yan Nepomnyaşi (FIDE) 3 xalla liderdir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı