Bu şəxslərə verilən aylıq müavinət dayandırıldı

Ötən il məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi üçün tələbatın düzgün müəyyənləşdirilməsi istiqamətində işlərə başlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da qeyd olunub.

Hesabatda qeyd edilir ki, 11530 nəfər, o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi aktiv olan şəxslər, dövlət qulluqçuları, dövlət qulluğunun xüsusi növündə xidmət etmiş şəxslər və s. üzrə vahid aylıq müavinətin ödənişi dayandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR