Növbəti aylarda devalvasiya olacaq? - AÇIQLAMA

"ABŞ-nin Federal Ehtiyatlar Sistemi (FED) kəskin faiz artımlarından sonra artıq faizlərin optimallaşdırılmasını həyata keçirməyə başlayıb. Bununla belə dünya bazarında dolların bir sıra aparıcı valyutalara nisbətən məzənnəsində artımlar var. Dollar avro münasibətlərində isə birincinin son dövrlər möhkəmlənməsi müşahidə olunur".

Metbuat.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, qonşu ölkələrdə də ABŞ dollarının güclənməsi müşahidə olunur:

"Azərbaycanda isə yanvar-fevral aylarında dollara tələb daha yüksək olub. Mart-aprel aylarında keçirilən hərraclarda ilk olaraq tələb yüksək olsa da, sonuncu hərracda (4 aprel) dollra tələbin optimallaşması və azalmasının şahidi olduq.

2024-cü ilin növbəti aylarında manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Ölkəmiz üzən valyuta rejiminə keçməyib. Bizdə tənzimlənən valyuta rejimidir. Buna görə, manatın məzənnəsinə praktik olaraq Mərkəzi Bankın mövqeyi, eyni zamanda tədiyyə balansının vəziyyəti təsir edəcək".


Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı