Beyləqanda ağır qəzada yaralanan fəhlələrin sayı açıqlandı - RƏSMİ

Xəbər verdiyimiz kimi, Beyləqanda Zəngilandan gələn "İSUZU" markalı avtobusun sürücüsü idarəetməni itirib və nəticədə avtobus kanala aşıb.

Hadisə ilə bağlı Metbuat.az-a TƏBİB-dən bildirilib ki, qəza nəticəsində 20 nəfər xəsarət alıb:

"Bu gün baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 18-i kişi, 2-i qadındır. Xəsarət alanlardan 18-ində bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb.

2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı