ƏDV geri alanların nəzərinə - Bu zərəri varmış

Əlavə dəyər vergisi (ƏDV) çeklərini vuran kimi dərhal atın.

Metbuat.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Laməkan TV” tiktok kanalında məlumat verilib. Qeyd olunub ki, ƏDV çeklərinin hazırlanmasında istifadə olunan BPA0 olduqca zərəli maddədir:

“Tək çekdə yox, ümumiyyətlə mağazada gördüyünüz üzərində “BPA0” yazılan bəzi plastik və konservlərin üzərinə yazılan eyni maddədir. Bisenol A plastik kütlələrin hazırlanmasında çox istifadə olunur. Qiyməti ucuzdur deyə çox istifadə edirlər. Həmçinin supermarket çeklərini əlimizdə tutan zaman bədənə çox tez keçir və bu kanserogendir, xərçəng yarada bilər. Xüsusən süd vəzi, prostat və ağciyər xərçənginə səbəb ola bilər.

Araşdırmaya görə, bu maddə ən çox supermarket çeklərində , “paper cuurency”də (kağız-pul mübadiləsi), havada, içdiyimiz suda və uşaq qablarının tərkibində olur. Gərək biz uşaqlara qab alanda baxaq görək onun tərkibində bisenol var yoxsa yox.

Konserv qabda yemək alanda onu qazın üstündə qızdırmayın. Çünki bu qabların daxili örtüyünü bisenolla hazırlayırlar. Əvəzedicisi bisenol F və bisenol S maddələridir. Bunların təsiri bisenol A-dan qismən azdır” – məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı