İkinci baharını yaşayanlar: Azərbaycanda 60 yaşdan sonra evlənənlərin sayı nə qədərdir?

Araşdırmalar göstərir ki, Azərbaycanda 60 yaşdan sonra ikinci, üçüncü, hətta dördüncü dəfə ailə quran insanlar var. 60 yaşdan sonra evlilik üçün nikaha girmə faktlarını rəsmi statisika da təsdiqləyir.

Metbuat.az xəbər verir ki, Modern.az saytının bununla bağlı Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda maraqlı rəqəmlər var.

Statistikaya görə, 2022-ci ildə yaşı 60-dan yuxarı olan 1100-dən çox vətəndaş rəsmi nikaha girib. Həmin ildə 60 və daha yuxarı yaşda olan bəylərin sayı 838, gəlinlərin sayı 306 nəfər olub.

Maraqlıdır ki, 60-dan çox yaşı olan 2 nəfər bəy 20-24 yaşlı xanımlarla nikah bağlayıblar.

Yaşı 60-dan yuxarı olan 1 kişi 25-29 yaşlı xanımla, 6 kişi isə 30-34 yaşlı xanımlarla evlənib. 60-ı ötən 25 kişinin evləndiyi xanımlar isə 25-39 yaşlarında olub.

Qadınlarla bağlı da statistika maraqlıdır.

Belə ki, yaşı 60-dan yuxarı olan 1 nəfər qadın 30-34 yaşında kişiyə ərə gedib.60-dan çox yaşı olan 1 qadın 35-39 yaşlı kişiyə ərə gedib, 3 belə yaşlı qadın isə 40-44 yaşlı kişi ilə nikaha girib.Yaşı 60-ı ötən 11 qadının nikaha girdiyi kişlər özlərindən xeyli cavan - 50-54 yaşlarında olub. Yaşı 60-ə keçən 266 qadın isə həmyaşıdları olan kişilərə ərə gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı