Azərbaycan və Latviyada diplomatik münasibətlərin 30 illiyi münasibətilə mədəni tədbirlər keçiriləcək

Bu il Azərbaycan və Latviyada diplomatik münasibətlərin 30 illiyi münasibətilə mədəni tədbirlər keçiriləcək.

Mətbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin "X" hesbaında paylaşım edilib.

Bildirilib ki, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Latviyanın mədəniyyət naziri Aqnese Loqina ilə görüşüb.

E.Sultanovun görüş çərçivəsində Azərbaycanın mədəniyyət sahəsində dövlət siyasəti, təşkil olunan beynəlxalq tədbirlər, habelə səfirlik tərəfindən Latviyada həyata keçirilən mədəni layihələr barədə qarşı tərəfi məlumatlandırdığı diqqətə çatdırılıb:

"O, Azərbaycan və Latviya arasında əlaqələrin zəngin tarixə malik olmasını qeyd edib və XX-ci əsrin əvvəlində Azərbaycanda yaşamış latış icmasının fəaliyyətinə toxunub. Görüş zamanı Azərbaycan və Latviya arasında mədəniyyət sahəsində həyata keçirilən fəal əməkdaşlıqdan məmnunluq ifadə olunub, cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə keçiriləcək mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb və əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı