Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılan 17 əsər Türkiyəyə qaytarıldı

Türkiyədən qaçaqmalçılıq yolu ilə çıxarılan tarixi və mədəniyyət əsərlərindən 17-si 2024-cü ilin ilk üç ayı ərzində ölkəyə qaytarılıb.

Metbuat.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, sözügedən dövr ərzində İtaliyadan 11, Fransadan 2, Böyük Britaniyadan 2, İsveçrədən 1, Almaniyadan 1 əsər Türkiyəyə gətirilib.

Bildirilib ki, Anadolunun tarixi və mədəni irsinin qorunması məqsədilə Nazirliyin tərkibində fəaliyyət göstərən Qaçaqmalçılıqla mübarizə departamentinin əməkdaşları 1980-ci ildən bu günə kimi 17 dövlətə ümumilikdə 150 müraciət ünvanlayaraq 25 min 525 tarixi əsərin Türkiyəyə qaytarılmasına nail olublar.

Ən çox tarixi əsər Türkiyəyə Almaniya tərəfindən (8670 ədəd) qaytarılıb. İlk “beşliyə”, həmçinin Xorvatiya (4147), Böyük Britaniya (3742), Bolqarıstan (3061) və ABŞ (2599) daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı