Nigeriya rəsmiləri Yolada baş verən bomba partlayışı nəticəsində 30-dan çox insanın həlak olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Milli Fövqəladə Hallar Agentliyindən Saad Bello partlayışın cümə axşamı Cimeta marketində baş verdiyini bildirib.

O anda alıcılar günün son alış-verişin edirlərmiş. O, azı 31 nəfərin öldüyünü, 38 nəfərin isə aldıqları xəsarətlərdən xəstəxanalarda müalicə olunduqlarını bildirib. Partlayışın məsuliyyətini heç kəs üzərinə almasa da, Boko Haram daha öncə ərazidə bunabənzər hücumlar həyata keçirib.

Yola Nigeriyanın şimalında yerləşən və terrorçu Boko Haram qrupunun fəaliyyət göstərdiyi Adamava ştatının paytaxtıdır. Prezident Muhammadu Buharnin anti-Boko Haram bazasını paytaxt Abucadan terroçu qrupun yarandığı Nigeriyanın şimal-şərqində yerləşən Maiduquri şəhərinə köçürəcəyini elan etməsindən sonra qrup hücumlarını artırıb.