​“Real” Ardanı bu kluba vermək istəyir - Peresin qərarı məlum oldu

“Real Madrid”in futbolçusu Arda Güleri icarəyə götürmək istəyən klubların sayı artıb.

Metbuat.az xəbər verir ki, Arda ilə bağlı “Real” təkliflər alıb. “Realmadrid Exclusivo” saytında yer alan xəbərə görə, Arda ilə Avropanın 3 nəhəng klubu maraqlanır. Xəbərdə bildirilir ki, Ardanın “Real Madrid”dəki mövsümü eniş-yoxuşlarla dolu olsa da, futbolçu 3 böyük klubun gündəmindədir. Məlumata görə, Arda ilə bağlı təkliflər masadadır və Florentino Peres perspektivli gənc oyunçusunu bu mövsüm Almaniyaya göndərmək istəyir. “Borussiya Dortmund” və “Bayer Leverkuzen” Ardanı icarəyə götürmək istəyir. Ardanı istəyən digər klub “Milan”dır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR