Türkiyədə zəlzələ oldu - Məktəblər bağlandı

Türkiyənin Tokat şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.

Metbuat.az bildirir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Məlumata görə, təkanlar Tokat şəhərinin Sulusaray rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 9,97 km dərinlikdə yerləşib.

Hadisə səbəbindən Sulusaray, Artova və Yeşilyurt rayonlarında məktəblər bağlanıb. Şəhər valisi bildirib ki, ciddi bir faciə yaşanmasa da, bu qərar təhlükəsizlik səbəbindən verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı