Bu baş versə, dünya müharibəsi olacaq - Denis Şmıhal

"Əgər Ukrayna Rusiyaya məğlub olsa, Üçüncü Dünya müharibəsi başlayacaq".

Metbuat.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıhal BBC-yə açıqlamasında deyib. O bildirib ki, ABŞ-nin Ukraynaya 60 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edəcəklərinə ümidlidir:

“Bizə bu pul dünən lazım idi, bu gün yox, sabah yox. Ukrayna məğlub olsa, dünya təhlükəsizlik sistemi məhv olacaq və bütün dünya yeni təhlükəsizlik sistemi axtarmalı olacaq. Çoxlu münaqişələr, çoxlu belə müharibələr olacaq və bu, sonda Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər".

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Üçüncü Dünya müharibəsi ilə bağlı danışmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı