Məktəb psixoloqu terapiya aparan şəxs deyil - Nazir

Məktəb psixoloqları ilə bağlı yanlış təsəvvür mövcuddur. Düşünürlər ki, 1 nəfər 800 şagirdə xidmət etməlidir.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada deyib. O bildirib ki, şagirdlərin psixoloji inkişafına, tədris fəaliyyətinin şagirdlərin psixologiyasına təsirini məktəb psixoloqu müəllimlərlə birgə öyrənməli və dəstək olmalıdır.

“Məktəb psixoloqu terapiya aparan şəxs deyil”, - deyə nazir fikrinə əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı