Naftalan sakini olan 18 yaşlı gənc Bakıda itkin düşüb.
Metbuat.az-ın məlumatına görə, Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov 4 ay əvvəl Bakı şəhərinə işləmək üçün gedib və son 10 gün ərzində ailəsi tərəfindən heç bir xəbər alına bilməyib.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022)352-31-15 şəhər və 050-664-94-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.