COP29-un prezidenti BMT-nin Baş katibi ilə görüşdü

COP-29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibi Antoniu Quterrişlə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib.

“Prezident Muxtar Babayev və COP29 komandası BMT-də Yer Günündə Baş katib Antoniu Quterrişlə görüşüb. Biz tərəfləri bir araya gətirmək, keçmiş vədlərin hamısının yerinə yetirilməsini təmin etmək və 1,5 ºC-lik istiləşməni saxlamaq məqsədilə hərəkətə keçmək üçün birlikdə işləmək əzmindəyik”, – paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR