"Qalatasaray" İkardinin həbsi ilə bağlı məlumat yaydı

Mauro İkardinin həbsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Metbuat.az xəbər verir ki, bu barədə "Qalatasaray" klubu məlumat yayıb. Açıqlamada deyilir ki, argentinalı futbolçu hazırda vətənindəki evində dincəlir. Bildirilir ki, belə xəbərlərin dərc edilməsi futbolçuya zərbə vurmaq məqsədi daşıyır.

Qeyd edək ki, "Qalatasaray"ın futbolçusu Mauro İkardinin Argentinada həbs edildiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, futbolçu Vanda Naranın şikayətindən sonra polis tərəfindən saxlanılıb. İddia edilirdi ki, İkardi övladlarını geri almaq üçün Vanda Naranı məhkəməyə verib. Futbolçunun Vanda Naranı təhdid etdiyinə görə, polis tərəfindən saxlanıldığı qeyd edilmişdi. Vanda Naranın vəkili yayılan xəbərlərin doğru olduğunu irəli sürmüşdü. Mauro İkardi və Vanda Naranın boşanmaq üzrə olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı