Hüseynovun "Səbail"dəki maaşı bəlli oldu - MƏBLƏĞ

"Səbail" rəhbərliyi Cavid Hüseynovu komandanın sükanı arxasına dəvət etdiyini rəsmən açıqlasa da, müqavilənin maliyyə detalları barədə məlumat verməyib.

Metbuat.az sport24.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis cari mövsümdə Premyer Liqada ən aşağı məvacib alan baş məşqçilərdən biri olacaq.

Razılaşmaya əsasən, Cavid Hüseynov 2024/25 futbol ilinin sonunadək 8 min manat maaş alacaq. Buna səbəb klub tərəfindən sabiq çalışdırıcı Şahin Diniyevə ödəniləcək təzminatdır. Ancaq "dənizçilər"in yeni baş məşqçisi rəhbərlik qarşısında şərt qoyub. Belə ki, o, rəsmilərdən qış transfer dönəmində 3 yeni legionerin alınmasını istəyib.

Qeyd edək ki, "Səbail"in istefaya gedən sabiq baş məşqçisi Diniyevin "Səbail"də məvacibi 13 min manat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı