Borrell İsraillə siyasi əlaqələrin dayandırılmasını təklif etdi

Avropa Birliyi İsrailin Qəzzadakı insan haqlarını pozması səbəbindən Təl-Əvivlə bütün siyasi münasibətlərə yenidən baxmalıdır.

Metbuat.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell xarici işlər nazirlərinə göndərdiyi məktubda belə yazıb. O Qəzza zolağında insan haqlarının pozulması səbəbindən İsraillə siyasi dialoqun dayandırılmasını təklif edib. “Reuters” agentliyinin diplomatlara istinadən xəbərinə görə, Borrell Avropa İttifaqının İsraillə keçirəcəyi toplantısından əvvəl xarici işlər nazirlərinə məktub göndərib. Xəbərə görə, Borrell məktubda Qəzzada beynəlxalq humanitar hüququn pozulması ilə bağlı ciddi narahatlıqların olduğunu ifadə edərək, bu narahatlıqların İsrail tərəfindən lazımi şəkildə qarşılanmadığını ifadə edib.

Borrell buna görə də, Avropa İttifaqının İsraillə siyasi dialoqu dayandırmaq üçün insan haqları maddəsini aktivləşdirməyə dair təklif irəli sürəcəyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı