Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qr., boyu 49 sm. olub.

Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı