“Sumqayıt”ın baş məşqçisi “Barselona”ya getdi - FOTO

"Sumqayıt"ın əsas komandasının baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

Metbuat.az xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan mütəxəssis əvvəlcə burada "Real Madrid" və "Barselona" komandaları arasındakı "El-Klasiko"nu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Ernandeslə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, bu səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Jerar Martines müşayiət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR