“Neftçi”nin iki futbolçusu Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”la keçiriləcək cavab matçını buraxacaq.
Metbuat.az xəbər verir ki, bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, cəzalı Eddi İsrafilov da Ağdam təmsilçisi ilə oyunda iştirak etməyəcək.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.