Hafiz Əliyev vəfat etdi

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə "Araz-Naxçıvan"ın mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi sabiq mütəxəssisin vəfatından kədərləndiyini bildirib, futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Hafiz Əliyev müxtəlif illərdə Naxçıvan Futbol Federasiyasında baş katib vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR