Tanınmış meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördüncü nəvəsi dünyaya gəlib:

"Oğlumun oğul övladı oldu. Uşağa Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını vermişik. Heç kimə ağıl verə bilmərik, amma tövsiyyə edirəm ki, dünyaya gələn uşaqlara şəhidlərimizin adını verək. Tarixdən silinməsinlər, yaddaşlarda qalsınlar".

Qeyd edək ki, 2020-ci il iyulun 12-16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə qəhrəmancasına şəhid olub. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı