Səhiyyə nazirindən koronavirusla bağlı açıqlama

"Koronavirusla bağlı vəziyyət alimlərin ehtimal etdiyi kimidir. Hər şey ehtimal etdiyimiz ssenari üzrə gedir".

Metbuat.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev REAL TV-də yayımlanan "Mir Şahinin vaxtı” verilişində deyib.

Nazir əlavə edib ki, mutasiya nəticəsində daha zəif ştamlar əmələ gəlir:

"Bəzən yolxucu qabiliyyəti yüksək də ola bilir. Amma xəstəliyin kifayət qədər yüngül və mövsümi qripə bənzər gedişatı var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı