Bakı. Zümrüd Paşayeva – APA. Rusiya Dövlət Dumasının sədri 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atmasına hüquqi qiymət verilməsini təklif edib.
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, S. Narışkin bu məsələnin müzakirə olunmasının vacibliyini qeyd edib.
“Düşünürəm ki, biz bu məsələni beynəlxalq hüquq çərçivəsində müzakirə etməliyik. İnsanlığa qarşı cinayətlərin heç bir statusu yoxdur. İki şəhərin bombardman edilməsi üçün göstərilən səbəblərin izahı qəbuledilməzdir. Bu bombardman yüz minlərlə günahsız insanın həyatına son qoyub”, - deyə o vurğulayıb.