Azərbaycanda "Analar Günü" təsis olunacaq? - AÇIQLAMA

Cəmiyyətimizdəki müzakirələr nəticəsində Azərbaycanda "Analar Günü"nün təsis olunması məsələsinə baxıla bilər.

Metbuat.az report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:

"Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününü elə “Analar Günü” kimi də qeyd edirik".

B.Muradova qeyd edib ki, Azərbaycanda "Analar Günü"nün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir: "Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı