Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə CAVAB

Azərbaycanın media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X"də yazıb.

O bildirib ki, Ferqus Auldun iddialarında ədalətlilik və qərəzsizlik çalışmır:

"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli nəzərdən keçirilməsini nəzərdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur".

Xatırladaq ki, Ferqus Auld "X"də paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı