Alimlər piylənmənin yeni səbəbini tapdılar

Piylənmə qlobal miqyasda əsas sağlamlıq problemlərindən biridir.1975-ci ildən bəri Ümumdünya Səhiyyə Təşkilatı artıq çəkidən əziyyət çəkən insanların sayının təxminən üç dəfə çoxaldığını bildirib. Bu tendensiya bütün dünyada çəki problemlərinin davamlı artımının səbəbləri ilə bağlı narahatlıq doğurur.

Ümumi nəzəriyyələrə görə, piylənməyə həddindən artıq yağ, karbohidrat istehlakının və ya az fiziki fəaliyyətin əsas səbəb ola biləcəyi ehtimal olunur.

Metbuat.az AZƏRTAC-a istinadla xəbər verir ki, Boston Universitetinin tibb və biokimya üzrə sabiq professoru Barbara Korkinin araşdırması obesogenlər adlandırılan bəzi kimyəvi maddələrin piylənmədə əhəmiyyətli rol oynaya biləcəyini ortaya qoyub. Həmin maddələrin orqanizmdə yağları və enerjini idarəetmə ritmini pozduğu düşünülür.

Obesogenlər bədəndəki təbii proseslərə müdaxilə edə bilən kimyəvi maddələrdir ki, bu da yağların yığılmasının artmasına və aclıq siqnallarının dəyişməsinə səbəb olur. Onlar ətraf mühitimizdə son 50 ildə mövcud olmağa başlayıb. Obesogenlərə emal olunmuş qidaların, içməli suyun və hətta nəfəs aldığımız havanın tərkibində rast gəlinir.

Korki bu maddələrin bədənin "redoks vəziyyətinə" təsir göstərə biləcəyini söyləyir. Həmin vəziyyət orqanizmin enerjiyə ehtiyacını müəyyənləşdirməyə kömək edən vacib siqnal mexanizmidir. Bu siqnalın pozulması orqanizmdə əlavə enerjiyə ehtiyac olmasa belə, yağ ehtiyatının artmasına və ya lüzumsuz aclığa səbəb ola bilər.

Obesogenlərə təbii vəziyyəti ciddi şəkildə dəyişdirilmiş qəlyanaltılar və şirniyyatlar kimi ultra işlənmiş qidaların tərkibində daha çox rast gəlinir.

Bu tədqiqat çəkinin idarə edilməsi, piylənmə ilə bağlı daha məlumatlı olmaq üçün dəyərli təlimatlar verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı