"Meyxanaçı Ağakərim ayağa qalxacaq" - Səhhəti barədə sevindirici xəbər / VİDEO

"Elgizlə izlə" verilişində meyxanaçı Ağakərimin səhhəti barədə danışılıb.

Metbuat.az xəbər verir ki, həkimlər Kərimin evində olublar və onun səhhətinin daha yaxşı olacağını bildiriblər. Həkim əminliklə onun ayağa qalxa biləcəyini deyib.

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı